“Real”ın stadionu nazirliyin istifadəsinə verildi - Anbara çevrilir
İspaniyanln "Real" klubunun ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunu koronavirusla mübarizə üçün Səhiyyə Nazirliyinin istifadəsinə verib.
Sabah.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, stadion pandemiyaya qarşı mübarizədə tibbi ləvazimatlar və dərmanların toplanması üçün anbar kimi istifadə ediləcək.
Məlumata görə, burada toplanan dərmanlar daha sonra ölkədə ehtiyac olan müxtəlif xəstəxanalara göndəriləcək.
Daha çox