Ehtiyatsızlıqdan özünü öldürən polisin - Fotosu

ÖLKƏ
10:55
29 Oktyabr 2022
468

Xəbər verdiyimiz kimi, ötən gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşı İman Abbasov silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb.

Polis serjantına hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Abbasov İman Məblət oğlu Laçının Mişni kəndindəndir.

Sabah.az “Qafqazinfo”ya istinadən İman Abbasovun fotosunu təqdim edir:

Xəbər lenti