Azərbaycanda polis özünü ehtiyatsızlıqdan öldürdü

ÖLKƏ
11:20
28 Oktyabr 2022
386

Laçın Rayon Polis Şöbəsinin əməkdaşı ehtiyatsızlıqdan ölüb.

DİN Mətbuat Xidmətindən Sabah.az-a bildirilib ki, bu gün Laçın RPŞ-nin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti