Bu uşaqlar ödənişsiz psixoloji yardım alacaqlar

XƏBƏR
22:58
26 Mart 2020
84

Məktəbəqədər təhsil sahəsində uşaqlar ödənişsiz psixoloji yardım almaq hüququna malik olacaqlar.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu, “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanundan məktəbəqədər təhsil sahəsində uşaqların çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almasına dair müddəanın isə çıxarılması təklif olunur.

Qanun layihəsi Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti