Nazir müstəntiqi rəis təyin etdi

XƏBƏR
14:20
27 Oktyabr 2022
235

Quba Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis kapitanı Vasif Zeynallı RPŞ-nin İstintaq Bölməsinin rəisi təyin olunub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, V.Zeynallı bu təyinatdan öncə Abşeron Rayon Polis İdarəsində müstəntiq kimi çalışıb.

Xəbər lenti