DİN-ə yeni səlahiyyət verildi

XƏBƏR
14:36
27 Oktyabr 2022
227

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.

Sabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsi və onunla müvafiq müqavilənin imzalanmasının təmin edilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, daha əvvəl bu səlahiyyət İqtisadiyyat Nazirliyinə aid idi.

Xəbər lenti