Anar növbəti dəfə AYB-nin sədri seçildi

XƏBƏR
17:58
26 Oktyabr 2022
218

Xalq yazıçısı Anar növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Sabah.az xəbər verir ki, bu gün AYB-nin XIII qurultayı keçirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.

Qeyd edək ki, seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub.

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

Xəbər lenti