Sürücü sükan arxasında öldü
22:14
26 Mart 2020
195Bu gün axşam saatlarında Qax şəhərinin Heydər Əliyev prospektində ölüm hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, rayonun Qaxbaş kənd sakini, 1980-ci il təvəllüdlü Anar Diniyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib və sükan arxasında ölüb.
İlkin müayinə zamanı A.Diniyevin ürək çatışmazlığından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Daha çox