“Sülhdən siyasətçilər danışsa, daha yaxşı olar” - Zakir Həsənov

ÖLKƏ
15:56
25 Oktyabr 2022
465

“Sülhdən siyasətçilər danışsa, daha yaxşı olar”.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dair suala cavabında deyib.

Zakir Həsənov eyni zamanda qeyd edib ki, Azərbaycan Ordusu Türkiyədə keçirilən “Saha Expo” sərgisində nümayiş olunan əksər silahlarla maraqlanır:

“Artıq müqavilələrimiz də var. Baxırıq, müzakirələr aparırıq. Xüsusən qeyd etmək istərdim ki, son illərdə Türkiyədə silah istehsalında böyük işlər görülüb. Bu, bizi sevindirir”.

Nazir Azərbaycan Ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə görülən bir sıra işləri də açıqlayıb:

“İşlərin əksəriyyətini görmüşük. Təşkilatı-ştat strukturu dəyişib, sistem, əsasən idarəetmə dəyişib. Bu, uğurla tətbiq olundu. Bu, son döyüşlərdə də özünü göstərdi”.

Xəbər lenti