Məşhur azərbaycanlı idmançı Acunun verilişində
Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Türkiyənin məşhur “Survivor” yarışmasına qatılacaq.
Sabah.az-ın əldə etdiyi məlumata görə, idmançı Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu yarışmanın seçim mərhələlərindən keçib.
Pərviz artıq bir müddətdir bununla bağlı İstanbuldadır. O, yarışma üçün son hazırlıqlarla məşğuldur.
“Survivor” fevralın 16-da TV8-də yayıma başlayacaq. Oyun Dominikan adasında keçirilir.
Qeyd edək ki, bu il yarışmada “Arka sokaklar” serialında Murad obrazını canlandıran Uğur Pektaş, “Master Chef” yarışmasının iştirakçısı Yasin Obuz, sosial media fenomeni Cemal Can, aktyor Ersin Korkut, müğənni Əmrahın oğlu Tayfun Ərdoğan, futbolçu Sercan Yıldırımın yer alacağı açıqlanıb.
Daha çox