FİFA-dan klublara yeni öhdəlik
FİFA klublara oyunçular və məşqçilərın may-iyunda başa çatacaq müqaviləsinin müddətini uzatmaq öhdəliyi qoyacaq.
Sabah.az "Reuters"ə istinadən xəbər verir ki, beynəlxalq futbol təşkilatı müqavilələrin bu mövsüm oynanılıb bitənə kimi uzadılmasını tələb edəcək.
Eyni yanaşma növbəti mövsümə də nəzərdə tutulan müqavilələrə də istifadə ediləcək. Onların qüvvəyə minməsi tarixi yeni təqvimə uyğun olaraq dəyişdiriləcək.
Qeyd edək ki, hazırda Avropanın bir çox ölkəsində liqalar koronavirus səbəbindən dayandırılıb.
Daha çox