Bakıda müəllim şagirdə şillə vurdu, valideyn polisə verdi

XƏBƏR
17:21
21 Oktyabr 2022
271

Bakıda valideyn övladına müəllim tərəfindən şillə vurulmasını bildirərək polisə müraciət edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binə qəsəbə sakini, 1992-ci il təvəllüdlü ana 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 218 saylı məktəbdə müəllim işləyən Təranə Mürsəlova (şərti) 2008-ci təvəllüdlü oğluna şillə vurub.

O, müəllimin dərs vaxtı oğluna zərbə endirdiyini əlavə edib və hadisənin araşdırılaraq tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Xəbər lenti