Prezident Bağdat Amreyevi “Dostluq” ordeni ilə təltif etdi

ÖLKƏ
16:06
21 Oktyabr 2022
382

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncamla Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edilib.

Xəbər lenti