Binəli Yıldırım Bakıda bu xəstəxanadadır - Rəsmi
Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.
Sabah.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, vəziyyətləri qənaətbəxşdir.
Onların həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.
Qeyd edək ki, ötən gün B.Yıldırım Qarabağda yol qəzasına düşüb. Siyasətçinin içərisində olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya uğrayıb. O, helikopterlə Bakıdakı xəstəxanaya çatdırılıb.
Daha çox