İcbari tibbi sığortanın tətbiqi ardıcıllığı dəyişdi

XƏBƏR
20:50
26 Mart 2020
78

Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.

Sabah.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, aprel – iyun aylarında Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın müddəti dəyişdirilib.

Bu ərazilərlə icbari tibbi sığortanın tətbiqi iyul – sentyabr aylarına təxirə salınıb.

Xəbər lenti