Ramin Hacılının 9 il həbsi tələb olunur
17:56
19 Oktyabr 2022
240Dələduzluqda təqsirləndirilən ictimai fəal Ramin Hacılının məhkəməsi davam edir.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edib. O, R.Hacılının 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Qeyd edək ki, R.Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmiş, 2019-cu ildə azadlığa buraxılmışdı. O, 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib.
Daha çox