Oğlu öldü, gəlini xəstəxanalıq oldu - Bakıda ağır qəza

HADİSƏ
11:30
19 Oktyabr 2022
407

Bakıda ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, oktyabrın 18-də saat 22 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Goranboy rayon sakini R.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.

Nəticədə sərnişinlərindən oğlu İmamqulu hadisə yerində ölüb, gəlini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti