Bakıda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın etdi

ÖLKƏ
10:15
19 Oktyabr 2022
483

Bakıda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə oktyabrın 17-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxsin operator O.Əsədzadəni bıçaqla hədələyib 250 manatını alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Xəbər lenti