Prezident Anarın oğluna yeni vəzifə verdi

ÖLKƏ
15:42
17 Oktyabr 2022
462

Prezident İlham Əliyev Tural Rzayevlə bağlı Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncamla Tural Anar oğlu Rzayev Azərbaycanın Misir və eyni zamanda Sudandakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə T.Rzayev Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, yeni təyinat alan T.Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin oğludur.

Xəbər lenti