Bu rayona qar yağıb - Faktiki hava

XƏBƏR
14:55
17 Oktyabr 2022
260

Oktyabrın 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Oğuz rayonu 2000 metr yüksəkliyə isə qar yağıb.

Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağışın miqdarı: Gədəbəy, Şərur, Şahbuz, Sədərək, Oğuz, Daşkəsən, Naxçıvan, Ağdərə (Ordubad), Gədəbəy, Quba, Salyan, Culfa, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Ağsu, Qrız, Şahdağ, Bərdə, Beyləqan, Neftçala, Mingəçevir, İmişli, Sabirabad, Cəfərxan, Yardımlıda 1.0-7.0 mm-dək olub.

Oktyabrın 16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağacağı gözlənilir. Havanın temperaturu gecə 13-17 dərəcə isti, gündüz 19-23 dərəcə, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq.

Xəbər lenti