Bakıda qadın və uşaq küçədə yatır - Araşdırma başladı
Sosial şəbəkələrdə Bakıda qadının azyaşlı uşaqla birgə küçədəki açıq sahədə və məişət tullantılarının olduğu yerdə gecələməsini əks etdirən görüntülər yayılıb.
Görüntülərin Xətai rayonu ərazisində - metronun “Həzi Aslanov” stansiyası yaxınlığında çəkildiyi bildirilir.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar:
“Həmin şəxs müəyyən olunub. Onun barəsində qanunamüvafiq tədbirin görülməsi təmin olunacaq”.
Daha çox