Qubada doğuşda ana və körpəsi öldü - Yenilənib
Quba rayonunda doğuş zamanı ana və uşaq ölümü baş verib.
Sabah.az xəbər verir ki, Xaçmaz rayonundan Quba Periontal Mərkəzinə gətirilən Xaçmaz sakini, 1981-ci il təvəllüdlü Pərzad Qasımova dünyasını dəyişib.
İlkin məlumata görə, uşaq xəstəxanaya ölü döllə gətirilib. Ana isə şok vəziyyətində olub.
Mərkəzdən verilən məlumata görə, hamilə qadın ötən gecə ağır vəziyyətdə mərkəzə çatdırılıb. Tibbi yardımlara baxmayaraq, ana və körpəsinin həyatını xilas etmək mümkün olmayıb.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha çox