İstanbuldan Bakıya gələn təyyarə geri eniş etdi - Ön şüşə çatlayıb
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə Sabah.az-a AZAL-ın Mətbuat xidmətindən bildirilib.
Təyyarə yerli vaxtı ilə saat 13:50-də İstanbul hava limanına uğurla eniş edib.
Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.
Daha çox