Qəza baş verən ərazidə son vəziyyət - Video
13:15
15 Oktyabr 2022
374Fövqəladə Hallar Nazirliyi Kür-Bakı magistral su kəmərindəki qəza fəsadlarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
FHN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.
Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.



Daha çox