Su basan magistralda qəza - 7 yaralı

XƏBƏR
09:55
15 Oktyabr 2022
285

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistal yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “KamaZ” markalı yük maşını toqquşub.

Qəza zamanı mikroavtobusda olan Nuray Namazova (2005), Laçın Şəmilova (1986), Rasim Namazov (1977), Leyla Namazova (1985), Nurgün Namazova (2002) və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki “Mercedes Vito” Bakıdan Qazaxa gedirmiş. Faktla bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, bu gecə Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində qəza olub, nəticədə ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb. Qəzanın bu səbəbdən baş verməsi istisna deyil.

Xəbər lenti