Bakı-Qazax yolunu su basdı - Yenilənib
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.
Sabah.az xəbər verir ki, “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, buna səbəb Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəzadır. Qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
O qeyd edib ki, hazırda “Azərsu” ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür.
Ərazidə “Azərsu”nun əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi və Baş Dövlət Yol Polisinin əməkdaşları da işləyir.
***
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Nazirliyin məlumatına görə, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
Daha çox