“Elite”in yanında güclü yanğın - Video+Yenilənib

ÖLKƏ
11:18
14 Oktyabr 2022
365

Bakı şəhəri, Binəqədi rayonu ərazisində güclü yanğın başlayıb.

Sabah.az xəbər verir ki, 8-ci mikrorayon Naxçıvani küçəsi 55 ünvanında yerləşən obyektdə başlayan yanğın güclü alovla müşahidə edilir.

Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində (“Elite” ticarət mərkəzinin yaxınlığı) yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Nazirliyin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

Xəbər lenti