AYB-nin qurultayının keçiriləcəyi vaxt və məkan açıqlandı
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr saat 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Bu barədə Sabah.az AYB-nin saytına istinadən xəbər verir.
Qeyd edilib ki, Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.
Daha çox