Daha bir sabiq klub prezidenti koronavirusdan öldü
18:38
26 Mart 2020
119Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.
Sabah.az xəbər verir ki, onun ölümünə səbəb koronavirus infeksiyası olub. Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində şiş də olub.
Kes Bakker 2003 - 2004, 2008 - 2009 və 2016 - 2017-ci illərdə "Vitess"in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb.
Daha əvvəl İspaniyanın "Real" (Madrid) klubunun sabiq prezidenti Lorenso Sans 77 yaşında koronavirusdan vəfat edib.
Daha çox