Hava ilə bağlı daha bir - Xəbərdarlıq

ÖLKƏ
12:25
13 Oktyabr 2022
514

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə daha bir xəbərdarlıq yayıb.

Sabah.az xəbər verir ki, Azərbaycanın rayonlarında oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi 14-də gündüz, 15-də isə bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti