Nazirlikdən TikTok-la bağlı - Rəsmi açıqlama

ÖLKƏ
17:08
11 Oktyabr 2022
691

Azərbaycanda “TikTok” sosial şəbəkəsinə qoyulan qadağa aradan qaldırılıb.

Sabah.az xəbər verir ki, artıq ölkə ərazisində şəbəkəyə sərbəst giriş mümkündür.

Qeyd edək ki, “TikTok”a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.

***

Qeyd edək ki, bir saat əvvəl “TikTok”a girişdə heç bir məhdudiyyət olmasa da, hazırda yenidən “TikTok”a daxil olmaq mümkün deyil.

***

Məsələ ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda sözügedən şəbəkəyə giriş müvəqqəti olaraq bağlıdır:

“Məlum olduğu kimi, “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində müraciət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq”.

Xəbər lenti