Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub.
Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, səhiyyə nazirinin əmrinə əsasən, yeni direktor Adnan Menderes Universiteti Tibb Fakültəsinin dosenti, Təcili Yardım kafedrasının müdiri Mücahid Avcil təyin olunub.
Yeni direktoru kollektivə səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru Gəray Gəraybəyli təqdim edib.
Qeyd edək ki, buna qədər klinikanın direktoru vəzifəsini professor Surxay Hadıyev tuturdu.
Daha çox