Hava ilə bağlı - Xəbərdarlıq

ÖLKƏ
12:22
11 Oktyabr 2022
349

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb. 

Sabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-i gün ərzində şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər lenti