Tovuzda kişi həyat yoldaşını bıçaqladı

HADİSƏ
17:42
26 Mart 2020
150

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib. Şəhər sakini - 1990-cı il təvəllüdlü Musa Hümbətov həyat yoldaşı - 1995-ci il təvəllüdlü Aytəkin Mehdiyevanı bıçaqlayıb.

Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Cinayəti törədən M.Hümbətov saxlanılıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti