Sabah bu marşrutların hərəkət istiqaməti dəyişəcək

ÖLKƏ
12:27
8 Oktyabr 2022
812

Sabah R.Cəfərov küçəsində aparılacaq təmir  işləri ilə əlaqədar, həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə  tətbiq ediləcək  məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bununla yanaşı, oktyabrın 10-da Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən “AMOR” şadlıq sarayınadək olan hissədə  aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə ( C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək.

Xəbər lenti