Bərdədə 23 yaşlı qadını əri qətlə yetirdi - Foto

HADİSƏ
16:18
26 Mart 2020
192

Bərdədə uşaq poliklinikasının həyətində dəhşətli qətl hadisəsi törədilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 23 yaşlı Zamanova Zülfiyyə Həbib qızı qardaşının gözü önündə 32 yaşlı həyat yoldaşı Zamanov İsmət Bəhmən tərəfindən qətlə yetirilib. Həyat yoldaşı qadına 4 bıçaq zərbəsi vurub.

Qətlin ailə münaqişəsi – qısqanclıq zəmnində törədildiyi bildirilir.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Xəbər lenti