Baş nazir bu Komissiya ilə bağlı qərar verdi

XƏBƏR
13:03
6 Oktyabr 2022
351

Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilib və tərkibi təsdiqlənib.

Sabah.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, komissiya bundan sonra Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlanacaq.

Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Şahin Mustafayev - Baş nazirin müavini

Komissiyanın üzvləri:

İqtisadiyyat nazirinin birinci müavini

Fövqəladə hallar nazirinin birinci müavini

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Ədliyyə nazirinin müavini

Maliyyə nazirinin müavini

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri.

Xəbər lenti