Lənkəran İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən RİH-in şöbə müdiri - baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.
Qeyd edək ki, Lənkəran RİH-in başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.
Daha çox