“Sahil”də eskalator niyə dayanıb?

XƏBƏR
12:22
4 Oktyabr 2022
228

Bu gün səhər saatlarında metronun “Sahil” stansiyasında eskalatorda nasazlığın yaranması və sərnişinlərin xəsarət alması ilə bağlı məlumat yayılıb.

Sabah.az xəbər verir ki, məsələyə “Bakı Metropoliteni” QSC-dən aydınlıq gətirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Sahil” stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb. Nəticədə, eskalator dayanıb. Dərhal texniki baxış keçirilib, hər hansısa texniki nasazlıq olmadığı müəyyən edilib. Sərnişinlərdən xəsarət və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb”.

Xəbər lenti