Polis qadağanı pozan Arif Quliyevi evə göndərdi - Video

GÜNDƏM
14:03
26 Mart 2020
110

Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, yaşadığı məhəllədə Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, evinə göndərilib.

Qeyd edək ki, A.Quliyevin 70 yaşı var.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin.

Xəbər lenti