Bakıda şadlıq sarayında faciəvi hadisə - Ölən var

XƏBƏR
13:20
3 Oktyabr 2022
409

Bakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xətai rayonu Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti