Səs yazısı yayılan Nəcibə Axundova cəzalandırıldı

ÖLKƏ
10:33
1 Oktyabr 2022
735

45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova cəzalandırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sabah.az-a verilən məlumata görə, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Hazırda N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır. Müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.

Xəbər lenti