65 yaş qadağası deputatlara şamil edilməyəcək

GÜNDƏM
13:37
26 Mart 2020
77

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilir.

Sabah.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya deputat Fəzail Ağamalı məlumat verib.

O bildirib ki, dəyişikliyə əsasən, ölkədə elan edilən xüsusi karantin rejiminin Milli Məclisin fəaliyyətinə aidiyyatı olmayacaq: "Həmçinin "Komitələr haqqında" və " Milli Məclisin statusu haqqında" qanunlara dəyişiklik edilməsi təklif olunur. Hər iki layihə təklif edilən dəyişikliyə görə, parlamentin 42 deputatının tələbi ilə həm komitə, həm də plenar iclaslar onlayn şəkildə keçirilə bilər.

Digər təqdim olunan layihədə isə, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlər Milli Məclisin fəaliyyətinə təsir etməyəcək. Belə olan halda, yaşı 65-dən yuxarı olan deputatlar da iclaslarda iştirak edə biləcək".

Qeyd edək ki, təklif edilən dəyişikliklər martın 30-da keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.

Xəbər lenti