Bakıda gənc oğlan güllələndi
Bakının Xəzər rayonunda dava zamanı bir nəfər güllələnib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü Piriyev Tural Xanlar oğlu naməlum şəxs tərəfindən tüfəngi ilə güllələnib.
O, sağ baldır və qarın nahiyəsinin güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Daha çox