Ölkədə iki yeni medal təsis edilib

XƏBƏR
16:06
30 Sentyabr 2022
248

Azərbaycanda iki yeni medal təsis edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Belə ki, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirə olunub.

Məsələ Milli Məclisdə plenar iclasda səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbər lenti