İranda karantin rejimi elan edildi

XƏBƏR
13:05
26 Mart 2020
99

İranda koronavirusa görə şəhərlərarası səyahət qadağan edilib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfiqari bildirib.

Onun sözlərinə görə, məhdudiyyət avtomobil, avtobus, dəmiryolları və aviaşirkətlərə şamil edilir. Qaydaları pozan sürücülərin maşınları saxlanılacaq və 500 min tümən məbləğində cərimə olunacaqlar. Həmçinin, bütün parklar, təhsil müəssisələri bağlanacaq. Yalnız market və apteklərin fəaliyyətinə icazə veriləcək. Qaydaları pozan məişət obyektləri və mağazalar isə bir aylıq müddətə bağlı qalacaq.

Xəbər lenti