Daş bazarında ustanı “tok” vurub öldürdü

XƏBƏR
10:35
30 Sentyabr 2022
222

“Biləcəri daş bazarı”nda işləyən usta elektrik vurmasından ölüb.

Binəqədi Rayon Prokurorluğundan Sabah.az-a verilən məlumata görə, sentyabrın 29-u Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə məlumat daxil olub.

Müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti