Kütləvi davada ata və oğul döyüldü, 20 yaşlı gənc bıçaqlandı

XƏBƏR
10:16
30 Sentyabr 2022
196

Qazaxda kütləvi dava olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Aslanbəyli kəndində baş verən dava zamanı 2000-ci il təvəllüldü Abdulla Abdullayev bıçaqlanıb, 1969-cu il təvəllüdlü Məmməd Qocayev və onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev isə döyülərək müxtəlif bədən xəsarəti alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti