Şəmkirdə gənclər qəzaya düşdü - Üçü yaralandı, biri öldü

XƏBƏR
09:40
29 Sentyabr 2022
197

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Çinarlı kəndi ərazisində hərəkətdə olan “Prado” ilə digər minik avtomobilin toqquşması nəticəsində 4 nəfər -  1994-cü il təvəllüdlü Orxan Cəfərov, 2003-cü il təvəllüdlü Rəşad Məmmədəliyev, 1996-ci il təvəllüdlü Röyal Haqverdiyev və  2002-ci il təvəllüdlü Samir Aliyevi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Orxan Cəfərov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti