Dünyada son sutkada qeydə alınan koronavirus statistikası
Son sutka ərzində dünyada koronavirusdan (COVİD-19) ölənlərin sayı 21 min 292 nəfər artıb.
Sabah.az "Habertürk"ə istinadən xəbər verir ki, ümumilikdə 24 saat ərzində virusdan sağalanların sayı 472 min nəfərdir.
Pandemiya səbəbindən 938 nəfərin həyatını itirdiyi İspaniya, Çin və İtaliyadan sonra ən çox insan ölümünün qeydə alındığı ölkədir.
Fransada ölənlərin sayı daha 1 100 nəfər də artıb.
İranda da isə son 24 saatda virusa yoluxanlardan 143 nəfəri vəfat edib. Bununla da ölkədə ölüm sayı 2 077-yə çatıb. Bundan əlavə İranda virusdan qorunmaq məqsədi ilə istifadə olunan saxta spirt 255 can alıb.
İngiltərədə Covid-19 diaqnozu ilə ölənlərin sayı 465 nəfər artıb. Ümumi yoluxanların sayı 8 939 nəfərdir.
Ümumilikdə 33 min 570 nəfərdə koronavirus qeydə alınan Almaniyada isə daha 206 nəfər həyatını itirib.
Amerika Birləşmiş Ştatlarında son sutka ərzində pandemiyadan ölənlərin sayı min nəfəri keçib, yoluxanların sayı isə 8 757 nəfər artaraq 66 min 942-yə çatıb.
Rusiyada isə 24 saat ərzində 626 nəfər virusa yoluxub, 3 nəfər isə dünyasını dəyişib.
Daha çox